Uşaqların Ailədə yaşamaq hüququ haqqında

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının uşaq və ailə qanununa əsasən maddə 17: “Uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Qanunvericiliklə nəzərdə tutulmuş hallardan başqa valideynlərin istəyinə zidd olaraq uşağı onlardan ayırmaq qadağandır.” Bu hüquqların qorunması ilk növbədə ailədən başlayır. Ailə uşaqların mənəvi, əxlaq tərbiyəsinə böyüк təsir göstərir, оnda vətənpərvərliк hissi, Vətənə sеvgi, əməyə məhəbbət tərbiyə еtməкlə, dоstluq, yоldaşlıq, böyüкlərə hörmət, dоğruçuluq, sadəlik və təvazöкarlıq, qənaətçilliк, intizamlılıq və s. кimi müsbət insani кеyfiyyətlər fоrmalaşdırır . Ailədə uşaqlar məhəbbətlə idarə edilməlidir. Belə olduqda uşaqlar da valdeynlərinin getdikləri yolla gedir və çox nadir hallarda bir-biri ilə kobud danışırlar.Daim əmr şəklində tapşırıqların verildiyi, tez-tez kəskin iradlar eşidildiyi və sərt cəzaların yerinə yetirildiyi bir çox ailələrdə tərbiyə işi düzgün qurulmur. Kobud sözlər uşaqların xarakterini sərtləşdirir və ürəklərini yaralayır, çox vaxt bu yaraları sağaltmaq çətin olur.Uşaqlara günlərini daha maraqlı etmək üçün ailə vaxt ayırd etməlidir.Asudə vaxtın səmərəli təşkili uşaqların istər fiziki, istərsə də psixi sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Oyun fəaliyyəti ilə uşaq öz gələcəyinin əsasını yaradır. Oyun ilə gələcək mühitini qurur, oyuncaq ilə əşyalarını, oyun yoldaşları ilə isə gələcək münasibətlərini tarazlayır.Uşaqlar oyun oynadıqda valideynlər onların davranışlarına diqqət etməlidirlər. Çünki uşaq oyun fəaliyyətində özünü necə aparırsa, bu, gələcəkdə onun xasiyyəti kimi formalaşa bilər. Onu daha çox oynaya-oynaya öyrənə biləcəyi oyunlara sövq etmək lazımdır. Didaktik oyunlar uşaqların boş vaxtlarını səmərəli keçirmələri üçün mühüm vasitələrdəndir. Yəni uşaq həm əylənsin, həm də öyrənsin.Belə ki, uşaqlara boş vaxtlarında folklor nümunələri olan nağıllar, dastanlar oxutmaq daha yaxşı olar. Bu həm də onların milli ruhda böyümələrinə müsbət təsir göstərər. Nağıl oxuyan uşaq öz təxəyyülündə fantaziyanı gerçəyə çevirə bilir.Qəhrəmanlıq dastanlarında uşaq müsbət obrazları özünə ideal seçir.Koroğluya, Qaçaq Nəbiyə bənzəməklə igid, qorxmaz, cəsur olmağı orgənir.Bəli, ailədə uşaqların düzgün tərbiyəsi həm ailə üçün, həm də cəmiyyət üçün əhəmiyyətlidir. Görkəmli pedaqoq A. S. Makarenko deyirdi ki, düzgün tərbiyə bizim xoşbəxt gələcəyimizdir, pis tərbiyə bizim gələcək göz yaşlarımız, əzabımızdır.


© 2021 by FamLace