

Mütaliə çağırışı Ailə ilə birgə görülən iş hər zaman maraqlı və yaddaqalan olur. Onlardan önəmlilərindən biri ailə üzvlərinin birlikdə kitab seçib almaları, həmin kitabları birlikdə oxumalarıdır. uşaqlarla birlikdə edilən hər bir fəaliyyət onların yaddaşlarında dərin izlər buraxır, həmçinin birlikdə oxunmuş kitablar, onların birlikdə müzakirəsi, təhlili o kitabdan alınan zövqü birə-beş artırmış olur. Sən də ailənlə birlikdə kitab oxuyarkən, şəklini çək. Şəkli email ünvanımıza göndərərək oxumaq çağırışına qoşul! |
![]() |
Gəzinti çağırışı Bilirsiniz ki ən unudulmaz xatirələr uşaqlıqda, ailədə birlikdə edilmiş fəaliyyətlərdir. Bunlardan da biri də ailə ilə birlikdə gəzintiyə getməkdir. Atalarımız da dediyi kimi "insanları onlarla yola çıxarkən tanıyarsan". Bu tip gəzintilər zamanı ailə üzvləri bir-birlərini daha yaxından tanımış olur və bu zaman ailə içi münasibət daha səmimi olur. Odur ki ailənizlə birlikdə gəzintilərə çıx,şəkil çək. Çəkdiyin şəkli e-mail ünvanımıza göndərərək gəzinti çağırışına qoşul! |
![]() |
Film izləmək çağırışı Ailə ilə birgə görülə biləcək ən faydalı fəaliyyətlərdən biri də ailəliklə film izləməkdir. İzlənilən hər bir film insan həyatından götürülmüş hadisələri özündə əks etdirdiyinə, o filmləri izləyərkən sanki həmin ailə bütün filmi yaşamış olur. Film bitdikdən sonra hərkəsdə fərqli bir fikir yaranır, filmin sonunda ailəlikcə müzakirə olunan filmlər uşaqların həyatlarında yeni bir pəncərə açır və onlar da yeni fikirlərin yaranmasında böyük rol oynayır. Yəni nə qədər çox birlikdə filmə baxılıb, müzakirə olunarsa bu uşaqların gələcəkdə daha yaxşı düşünmə tərzlərinə sahib olmalarına, dünya görüşlərini zənginləşdirmiş olur. Sizdə ailənizlə birlikdə film izləyərkən şəklinizi çəkin. Şəkli e - mail ünvanımıza göndərərək film çağırışına qoşulun |
![]() |

"Mənim Ailəm" tədbiri Discord serverimizdə keçiriləcək "Mənim Ailəm" adlı tədbirimizə qoşul, müzakirə et, öyrən və bildiklərini paylaş |
![]() |